AZ

? Sevinc, xoşbəxtlik, sağlamlıq: 1. Daxili rahatlıq. 2. Başqalarına kömək etməkdən və onlara dəstək olmaqdan məmnunluq əldə etmək. Əlaqələr. 12R.tv❌✅ Sizə də, özümə də, başqalarına da arzu edirəm ki, gələn ilin sonunda hər birimiz “2022-ci il həyatımın ən gözəl ili oldu ??” deyə bilək. Marcin Ellwart

Xoşbəxtlik

Xoşbəxtlik — həyatdan sondərəcə məmnunluq, dərin razılıq və sevinc hissi.[1]

Wikipedia.org:

https://az.m.wikipedia.org/wiki/Xo%C5%9Fb%C9%99xtlik

Maslov teoremi

Maslov nəzəriyyəsi və yaxud Maslovun ehtiyac iyerarxiyası, 1943-cü ildə nəşr olunan bir araşdırmada Amerikalı psixoloq Abraham Maslov tərəfindən təqdim edilmiş və daha sonra inkişaf etdirilmiş insan psixologiyası nəzəriyyəsidir.

Maslov tələbləri aşağıdakı kimidir.

  1. Fizioloji tələblər (tənəffüs, qida, su, seksuallıq, yuxu, sağlam maddələr mübadiləsi, ifrazat)
  2. Təhlükəsizlik tələbi (bədən, iş, qaynaq, əhlaq, ailə, sağlamlıq və əmlak təhlükəsizliyi)
  3. Mənsubluğa, sevgi, sevgiyə ehtiyac (dostluq, ailə, cinsi yaxınlıq)
  4. Ləyaqətə ehtiyac (özünə hörmət, özünə inam, uğur, başqalarına hörmət, başqaları tərəfindən hörmət)
  5. Özünü dərk etmə ehtiyacı (fəzilətli, yaradıcı, səmimi, problem həll edən, qərəzsiz, həqiqəti qəbul edən)

https://az.m.wikipedia.org/wiki/Maslov_teoremi

Sağlamlıq

canlı varlığın funksional və ya metabolik səmərəlilik səviyyəsi

Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

Sağlamlığı öyrənən elmlərə dietologiya, farmakologiya, biologiya, epidomologiya, psixologiya, psixatriya, tibbi sosilogiya, gigiena, defektologiya və d. aiddir.

https://az.m.wikipedia.org/wiki/Sa%C4%9Flaml%C4%B1q

Müstəqillik

Müstəqillik və ya İstiqlal — bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlar başqalarının əlində olmaması.

Müstəqillik, müxtəlif yollarla ələ gəlir, o cümlədən demokratik yolu ilə və ya silahlı mübarizə ilə.

https://az.m.wikipedia.org/wiki/M%C3%BCst%C9%99qillik

Azərbaycan dili

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dili

Azərbaycan dili— Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
  2. Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri

Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycan_dili